Rusiya MN S-500-lərin Suriyada sınaqdan keçirilməsi xəbərini təkzib edib

02.10.2019 - 16:41

785d948ec100babRusiya Müdafiə Nazirliyi Suriyada S-500 zenit-raket sistemlərinin sınaqdan keçirilməsi ilə bağlı xəbərləri təkzib edib.

APA-nın TASS-a istinadın verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, bu sistemlərin çətin iqlim şəraitində sınaqdan keçirilməsi üçün Həştərxan vilayətində yerləşən Aşuluk poliqonundan da istifadə etmək olar, bu sistemlərinin sınağının Suriyada keçirilməsinə ehtiyac yoxdur: “S-500 uzunmənzilli ballistik və aerodinamik hədəflər üçün nəzərdə tutulub. S-500 zenit-raket sistemlərinin Suriyada sınaqdan keçirilməsi üçün heç bir zərurət yoxdur və heç vaxt da olmayıb”.

Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, hava hücumundan müdafiə sistemləri Suriyada Tartus və Xmeymimdə yerləşən rus hərbi bazalarını hər növ ballistik və aerodinamik hədəflərdən qoruyur.

Short URL: http://www.cumhuriyyet.net/?p=133982

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31