Boris Conson bu gün Brexit üzrə yeni planı təqdim edəcək

02.10.2019 - 17:03

Böyük Britaniyanın baş naziri Boris Conson hakim Mühafizəkarlar partiyasının illik konfransı zamanı hökumətin Brexit üzrə yeni saziş planını açıqlayacaq.

AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, “Downing Street” Boris Consonun mühafizəkarlara yekun müraciəti zamanı “ədalətli və məntiqli kompromis” barədə ətraflı məlumat verəcəyi və elə həmin gün də öz planını Brüsselə təqdim edəcəyi barədə məlumat yayıb.

Baş nazirin ofisindən bunun “yekun təklif” olduğunu və Brüsselin yeni saziş layihəsi ilə razılaşmayacağı təqdirdə Boris Consonun oktyabrın 31-dək ölkəsinin Avropa İttifaqını sazişsiz tərk etməsində israr edəcəyini bildiriblər.

“Aİ-nin oktyabrın 17 və 18-də keçiriləcək sammitdə baş nazir heç bir halda Brexit prosesinin təxirə salınması barədə müraciət etməyəcək”, – məlumatda belə deyilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=133986

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31