İran qonşu ölkələrə satdığı buğdanın qiymətini artırır

04.10.2019 - 10:43

grain_090508_1İranda hökumətin buğdaya təyin etdiyi qiymət xərcləri qarşılamadığı üçün qonşu ölkələrə, İraq və ya Pakistana baha qiymətə satılacaq.

Trend-in məlumatına görə, bunu İranın Buğda Təsərrüfatçıları Milli Fondunun sədri Ətaullah Haşemi deyib.

Ə.Haşeminin sözlərinə görə, satın alınan buğdanın qiyməti dəyişdirilmədiyi halda, təsərrüfatçılar ya buğda əkməyəcək, ya da məhsulu hökumətə satmayacaq.

Ötən il hökumət şirkəti tərəfindən 1 kq buğdanın 17 min riala (rəsmi məzənnə ilə 0,40 dollar, qara bazar məzənnəsi ilə 0,15 dollar) satın alındığını deyən fond sədri bildirib ki, bu qiymət bu il üçün 22 min rial təyin olunub:

“Halbuki hazırkı inflyasiyaya görə bu rəqəm minimum 25 min rial olmalı idi”.

Haşimi əlavə edib ki, hökumət bu qiyməti dəyişməsə, buğda əkini də azala bilər.

Qeyd edək ki, İranda bir sıra məhsullar, o cümlədən buğda, düyü, çay dövlət şirkəti tərəfindən zəmanətli şəkildə satın alınır.

Short URL: http://www.cumhuriyyet.net/?p=134069

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31