«Bizə aviadaşıyığı yox, onları batıra bilən silah lazımdır…» – Sergey Şoyqu

04.10.2019 - 16:32

Sentyabrın 22-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkə KİV-nə verdiyi müsahibədə bildirib ki, Amerika Birləşmiş Ştatlarına (ABŞ) qarşı durmaq üçün ölkəsinə aviadaşıyıcı yox, aviadaşıyıcları suda batıra biləcək silah lazımdır – bu, həm effektli olar, həm də ucuz başa gələr.

Bir neçə gün bundan əvvəl Rusiya Sakit okeanda «Omsk» atom sualtı qayığı P-700 «Qranit» gəmi əleyhinə raketin uğurlu sınağını keçirib və 350 kilometr məsafədən atəşlə dəniz hədəfini məhv edib. Görünür nazir ABŞ aviadaşıyıcılarını batıra biləcək silah dedikdə, məhz bu raketi nəzərdə tutub.

Qeyd etmək yerinə düşər ki, Rusiyada xüsusilə soyuq müharibə illərindən qalma, səsdən sürətli çoxlu raketlər olub. Onlarla müqayisədə sınaq atışı bu günlərdə baş tutmuş «Qranit» raketi daha uzun uçuş məsafəsinə, uçuş sürətinə və dağıdıcı gücə malikdir.

Bu raketin uçuş məsafəsi çox böyükdür və 20-650 kilometr təşkil edir. Hesab olunur ki, ABŞ aviadaşıyıcılarının xarici müdafiə sərhədi 550 kilometr uzaqlıqda yerləşir. Odur ki, «Qranit» raketi aviadaşıyıcı qrupuna məhz qrup halında hücum üçün əla yarayır.

Nəzərə almaq lazımdır ki, raketə həm də gücü 500 min ton «TNT» təşkil edən və suüstü hədəfləri dağıda bilən nüvə başlığı da quraşdırıla bilir.

Bundan başqa, Rusiyada soyuq müharibə illərində tətbiq olumuş raketdən istifadə üsullarına uyğun olaraq, onlarn uçuşları arasındakı vaxtda informasiya mübadiləsi aparmaq mümkündür. İlk raket düşmənin aviadaşıyıcı birləşmələrinin vəziyyətini göstərən peyk çəkilişlərini qəbul etmək üçün çox yüksəkdən uçur. Bundan sonra hesablamalar aparılır – su tutumu və qrupun «açar» vəziyyəti nəzərə alınır, ardınca uyğun tapşırıq o biri raketlərə daxil olur. Məsələn, bir raket kiçik gəmilərə hücum edir, beş raket isə böyük gəmilərə. Beləliklə, bütün aviadaşıyıcı qrupuna hücum təşkil olunur.

Sözügedən raketi həm də «Gəmidağıdan» adlandırırlar, çünki onun hədəfə dəyməsinin nəticələri xeyli kədərli ola bilər. Birincisi, kimi isə xilas etmək lazım gəlməyəcək, çünki xilas etməyə heç kim olmayacaq. Nədən ki, «Qranit» raketinin təsir radiusunda yerləşənlərin hamısı tam şəkildə məhv olacaq.

İkincisi, təmirə ehtiyac qalmayacaq, çünki raketin zərbəsindən sonra, təmir etməyə heç nə olmayacaq.

Üçüncüsü, zədələnmiş gəmini «buksir» etmək lazım gəlməyəcək. Belə ki, gec-tez o, suyun dibinə çökəcək.

Eyni zamanda, raketin buraxıldığı «Omsk» platformasına da diqqət yetirməyə dəyər. Bu sualtı qayıq çox böyükdür. O, suda batmış «Kursk» sualtı qayığı modelinə aiddir. Belə sualtı qayıqlarda ikitərəfli olmaqla, 24 «Qranit» raketi yerləşdirmək olur. Odur ki, soyuq müharibə dövründə belə sualtı qayıq və raket modellərinin «növbələşməsi» ABŞ-da aviadaşıyıcılar üçün dəhşətli hesab olunurdu.

Əgər belə sualtı qayıq döyüşdə iştirak etsə, ABŞ-ın aviadaşıyıcıları üçün böyük təhlükə təşkil edər. Hesab etmək olar ki, Rusiya bu sınaqlarla amerikalılara xəbərdarlıq elib.

AzPolitika.info

Short URL: http://www.cumhuriyyet.net/?p=134112

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31