“Suriyanın şimalını terrorçulardan təmizləməkdə qərarlıyıq” – Mövlud Çavuşoğlu

07.10.2019 - 11:49

movlud_cavushoglu_main_250215“Suriyanın şimalını terrorçulardan təmizləyərək ölkəmizin mövcudluğunu və təhlükəsizliyini qorumaqda qətiyyətliyik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində Suriya məsələsi ilə bağlı yazıb.

“Suriyadakı böhran başlayandan bu ölkənin ərazi bütövlüyünü dəstəkləmişik. Bundan sonra da dəstəkləməyə davam edəcəyik. Bölgəni terrorçulardan təmizləyərək ölkəmizin mövcudluğunu və təhlükəsizliyini qorumaqda qətiyyətliyik. Suriyada əmin-amanlıq, sülh və sabitliyin yaranmasında iştirak edəcəyik”, – deyə M.Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, oktyabrın 6-da ABŞ Suriyanın şimalında Türkiyənin antiterror əməliyyatı aparmasına, təhlükəsizlik bölgənin yaranmasına razılıq versə də, bu prosesdə iştirak etməyəcəyini açıqlayıb. Məlumata görə, ABŞ hərbçiləri artıq Suriya-Türkiyə sərhədindəki ərazidən çıxıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=134171

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31