Rusiyada övladları papiros çəkən valideynlər həbs və ya cərimə edilə bilər

10.10.2019 - 10:26

siqaret usaqlarRusiyada övladları papiros çəkən valideynlər üçün cərimələr tətbiq edilə bilər.

“Report” “İzvestiya.ru”ya istinadən xəbər verir ki, hökumət artıq bununla bağlı inzibati cəza növlərini müzakirə edir. Söhbət belə övladları olan valideynlərə xəbərdarlıq edilməsindən, onların cərimə, hətta həbs olunmasından gedir.

“İnzibati Qanun Pozuntuları Kodeksi”nə yeni redaksiyanın daxil edilməsi ideyası Qanun Pozuntularının Profilaktikası üzrə Hökumət Komissiyasının iclasının protokolunda qeyd edilib. Sənəd komissiyanın başçısı Vladimir Kolokolsev tərəfindən imzalanıb.

Yeniliklər 2021-ci ildə qüvvəyə minə bilər.

Bu gün Rusiyada yeniyetmələrin 10 faizi siqaret çəkir. Dövlət Dumasına problemin həlli üçün 2009-cu və 2014-cü illərdə analoji qanun layihələri təqdim edilib. Amma qanun layihələri hökumətin dəstəyini qazanmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=134347

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31