Gün ərzində 1.6 min suriyalı qaçqın vətəninə qayıdıb

12.10.2019 - 15:12

Ötən gün ərzində 1,6 min nəfərə yaxın suriyalı qaçqın İordaniya və Livandan vətəninə qayıdıb.

 

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində bildirilir.

 

Məlumatda qeyd olunub ki, ötən sutka ərzində xarici ölkələrdən Suriyaya 1 598 qaçqın qayıdıb, o cümlədən 890 nəfər Livandan (267 qadın, 454 uşaq) və 708 nəfər İordaniyadan (212 qadın, 361 uşaq) vətəninə dönüb.

 

Ümumiyyətlə, 2018-ci ilin iyul ayının 18-dən xarici ölkələrdən Suriyaya 434 mindən çox qaçqın qayıdıb. Onlardan 137 mindən çoxu Livandan, 296 mindən çoxu isə İordaniyadan olub.

 

Bundan başqa, Suriyanın mühəndis bölmələri gün ərzində 2,6 hektar ərazini minalardan təmizləyib, mütəxəssislər tərəfindən isə partlayış təhlükəsi olan 41 əşya ləğv edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=134488

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31