Çavuşoğlu və Pompeo Türkiyəyə tətbiq edilən sanksiyaları müzakirə ediblər
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət kabiti Mayk Pompeo arasında telefon danışığı olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, tərəflər telefon danışığında Türkiyənin Suriyada apardığı “Barış bulağı” hərbi əməliyyatını və bununla əlaqədar ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları müzakirə ediblər.
M. Pompeo ABŞ nümayəndə heyətinin Türkiyəyə səfər edəcəyini də bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=134630