“35 saat qalıb, terrorçular geri çəkilməsələr, hərəkat yenidən başlayacaq” – Çavuşoğlu

21.10.2019 - 11:34

movlud-cavushoglu“ABŞ-la əldə edilən razılaşmaya əsasən, 120 saat ərzində Suriyanın şimalındakı bütün terror ünsürləri oradan geri çəkilməlidirlər”.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu “TRT World Forum”unda çıxışı zamanı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Sanksiyalar altında yaşamağın mümkünsüz olduğunu bildirən XİN başçısı vurğulayıb ki, hazırda YPG/PYD terrorçuları Türkiyə ordusunun nəzarət etdiyi bölgələri tərk etməyə başlayıb.

“35 saat qalıb, 35 saat ərzində geri çəkilməsələr, “Barış bulağı” hərəkatı yenidən başlayacaq. Sabah Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyik. Bu görüş də çox mühüm əhəmiyyətə malikdir”, – deyə M. Çavuşoğlu qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=134988

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31