Türkiyə prezidenti Suriyanın şimalından çəkilən terrorçuların sayını açıqlayıb

22.10.2019 - 13:04

 

“İndiyə qədər PKK/YPG-PYD-nin 700-800 terrorçusu Suriyanın şimalından geri çəkilib”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə yola düşməmişdən əvvəl keçirdiyi mətbuat konfransında bildirib.

O vurğulayıb ki, hazırda terrorçuların bölgədən çıxması prosesi davam edir: “Bu gün səhər Milli Müdafiə naziri Hülusi Akarla danışdım. O mənə bildirdi ki, terrorçuların təhlükəsiz bölgə kimi nəzərdə tutduğumuz əraziləri boşaltması davam edir. Hazırda ərazidə olan 1200-1300 terrorçunun da sürətlə bölgədən çıxması müşahidə olunur. Təbii ki, biz prosesi izləməkdə davam edəcəyik. Terrorçuların hamısı bölgədən çıxmayana qədər proses başa çatmış sayılmaz”.

R.T.Ərdoğan bir daha bildirib ki, əgər terrorçular bölgəni tərk etməsələr “Barış pınarı” antiterror əməliyyatı yenidən davam etdiriləcək. Onun sözlərinə görə, əməliyyat nəticəsində 775 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlamışdı. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır.

ABŞ-ın vitse-prezidenti Maykl Pensin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 17-də Türkiyədə səfərdə olub. O, Ankarada Türkiyə prezidenti R.T.Ərdoğanla görüşüb. Görüşdən sonra bölgədə 120 saat müddətində atəşkəs elan olunması və həmin müddətdə terrorçuların bölgəni boşaltması barədə razılıq əldə olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=135081

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930