“Hələlik Rusiya – ABŞ dialoqunda inkişaf müşahidə edilmir” – Lavrov

01.11.2019 - 11:41

lavrovHələlik Rusiya və ABŞ arasında aparılan strateji sabitliklə bağlı dialoqda inkişaf müşahidə edilmir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

“Amerikalı tərəfdaşlarımızla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan təşəbbüslərimizdə çatışmazlıq yoxdur. Lakin hələlik bu təşəbbüslərə reaksiya ümidverici deyil”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

S. Lavrov Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla görüşdə işgüzar şuranın yaradılmasını təklif etdiyini, lakin hələlik bu təklifə cavab verilmədiyini qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=135663

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728