Türkiyə suriyalı hərbçiləri azad edib – Birgə patrul xidmətindən əvvəl jest
Türkiyə bu həftənin əvvəlində Suriyanın şimal-şərqində sərhəddə əsir götürülmüş 18 suriyalı hərbi qulluqçunu azad edib. Bu barədə qardaş ölkənin Müdafiə Naziriyi (MN) məlumat yayıb.
Məlumatda bildirilir ki, bu, «Rusiya hakimiyyəti ilə koordinasiyalı şəkildə» baş tutub. Ankaranın addımı cümə günü, noyabrın 1-də Suriyanın şimal-şərqində Türkiyə-Rusiya birgə hərbi patrul xidmətinin başlanmasına bir neçə saat qalmış baş tutub.
Türkiyə MN-nin məlumatına görə, suriyalı hərbçilər oktyabrın 18-də döyüş əməliyyatı zamanı Ras-əl-Ayn (Hasake əyaləti) şəhərinin cənub-şərqində əsir götürülüb.
Yayılan son məlumata görə, artıq sözügedən bölgədə Türkiyə-Rusiya birgə patrul xidmətinə başlanıb.
AzPolitika.info
Short URL: http://www.cumhuriyyet.net/?p=135720