“Acılarınızı qəlbinizə gömün…” – Arıncdan Davudoğluna çağırış

05.11.2019 - 11:10

arinc-ve-davutoglu-bosna-hersek-in-bagimsizli-4385208_oTürkiyənin hakim partiyasının ən tanınmış və samballı isimlərindən biri olan Türkiyə parlamentinin sabiq sədri Bülənt Arınc sabiq baş nazir Əhməd Davudoğluna və onun müavini olmuş Ali Babacana müraciət edib. Əslində, özü də AKP rəhbərliyindən incik düşməsinə baxmayaraq, B.Arınc partiyadan ayrılan köhnə silahdaşlarını Ərdoğan hökumətinə qarşı mübarizə aparmamağa çağırıb.

“AzPolitika.info” xəbər verir ki, tanınmış jurnalist Kamal Öztürkün proqramının qonağı olan Arınc, Ə.Davudoğlu başda olmaqla, AKP-dən ayrılanları yeni partiya qurmamağa və AKP-yə qarşı cəbhə açmamağa səsləyib: “Acılarını qəlblərinə gömsünlər, başqa bir partiya qurmasınlar. Başqa bir partiyadan, qarşıdan hücum etməsinlər. Bizə yan-yana durmaq yaraşır, keçmişdə olduğu kimi…”

Bununla yanaşı, B.Arınc böyük xidmətləri olmuş sabiq AKP-lilərin hakim siyasi qüvvə tərəfindən hədəfə alınmasının da doğru olmadığını bildirib. Və Davudoğlu başda olmaqla, həmin şəxslərin özlərinə qarşı daha ədalətli münasibət gözlədiklərini söyləyib: “Amma onlar da bunu gözləyirlər şübhəsiz – bizi bu nöqtəyə düşürməyin, bizi söydürməyin, bizə bir dəstə ədəbsizlərin ağzıyla pis-pis şeylər söylətməyin. Bizə mövqe, məqam yox, görəvlər verin. Bizi kənalaşdırmağa qalxmayın. Bütün bunları istədiklərinə əminəm. Mən onlara pis insan deyə bilmərəm, onlar haqqında pis danışmaram. Qul haqqı var hər şeydən öncə. Qardaşlıq hüququ var…”

Xatırladaq ki, B.Arıncın özünə qarşı da zaman-zaman bəzi AKP mənsubları tərəfindən sərt tənqidlər, ittihamlar yönəldilir. Ancaq sabiq parlament sədri daha çox öz barışdırıcı mövqeyilə seçilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=135854

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728