Trampın populyarlığı azalıb – SORĞU

06.11.2019 - 10:20

trampAmerika prezidenti Donald Trampın populyarlığı, 2020-ci ilin noyabr ayında keçiriləcək prezident seçkilərində rəqibi ola biləcək beş demokratdan aşağı səviyyədədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu “NBC” və “The Washington Post” qəzetlərinin sifarişi əsasında “Langer Research Associates” sosioloji xidməti tərəfindən keçirilən ictimai rəy sorğusunun nəticələri göstərib.

Bu hesablamalara görə, beş siyasətçinin Demokrat Partiyasından ABŞ prezidentliyinə namizəd olma şansları hələ də yüksəkdir. Söhbət keçmiş vitse-prezident Cozef Bayden, Vermont senatoru Berni Sanders, Massaçusets ştatının senatoru Elizabet Varren, South Bend (İndiana) şəhərinin meri Pite Butecac və Kalifornia senatoru Kamal Harrisdən gedir.

Artıq bir neçə aydır ki, onlar demokratlar arasındakı seçki yarışının liderləri hesab olunurlar.

Anketə görə, ABŞ-da prezident seçkiləri indi olsaydı, Tramp göstərilən beş siyasətçinin hər birinə uduzacaqdı. Bayden Demokrat namizəd olsaydı, 56% səs, Tramp isə 39% səs toplayacaqdı. Eyni nəticələr Sandersin Trampın rəqibi olacağı halda da qeydə alınacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=135934

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728