Banqladeşdə iki sərnişin qatarı toqquşub, 16 nəfər ölüb, 50 nəfər yaralanıb

12.11.2019 - 12:00

Banqladeşdə iki qatar toqquşub.

APA-nın “bdnews24” internet nəşrinə istinadən verdiyi məlumata görə, polisdən bildirilib ki, sərnişin qatarlarının üzbəüz toqquşması nəticəsində 16 nəfər ölüb, 50 nəfər yaralanıb.

Qəza noyabrın 12-də səhər Çittaqonq vilayətinin Brahambariya dairəsindəki dəmiryolu stansiyasına baş verib.

İlkin məlumata görə, qatarlardan birinin maşinisti qarşıdan şəhərlərarası sərnişin qatarının yaxınlaşması barədə xəbərdarlığa məhəl qoymayıb, nəticədə toqquşma baş verib.

Qəza yerinə təcili yardım, polis və Banqladeşin dəmiryolu naziri gəlib.

Hadisənin araşdırılması ilə xüsusi istintaq qrupu məşğuldur.

Xilasetmə işləri davam etdirilir. Ölü sayının artacağı ehtimalı var.

Short URL: http://www.cumhuriyyet.net/?p=136276

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930