Fransada zəlzələ – 5 nəfər yaralanıb, 30 ev dağılıb
Fransanın cənub-şərqində baş verən zəlzələ nəticəsində Le-Tey kommunasında 5 nəfər yaralanıb, 30 ev dağılıb, 250 binaya ziyan dəyib.
“Report” “France24” telekanalına istinadən xəbər verir ki, zəlzələnin maqnitudası 5.4 olub.
Bildirilib ki, yeraltı təkanların episentri Lion şəhəridir. Ardeş şəhərindəki Krua-Meys Atom Elektrik Stansiyasının işi dayanıb. Zəlzələ nəticəsində AES-ə zərər dəymədiyi vurğulanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=136323