Gürcüstanda 8 min nəfər QİÇS-ə yoluxub – Onlardan 43-ü uşaqdır

13.11.2019 - 10:10

qics_infekciyaGürcüstanda QİÇS-ə yoluxma ilə bağlı 570 yeni hal qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzindən bildirilib.

Bu ilin noyabrın 10-na olan məlumata əsasən, qonşu ölkədə bu infeksion xəstəliyə yoluxanların ümumi sayı 8004 nəfər təşkil edib ki, onların da 43-ü uşaqdır.

Xəstəliyə yoluxanların 6006-sı kişi, 1998-si isə qadındır. Həmin şəxslərin böyük əksəriyyətini 29-39 yaş qrupuna daxil olan şəxslər təşkil edir. QİÇS 4184 xəstədə inkişaf edib, 1619 nəfər isə ölüb.

HİV infeksiyasına yoluxma hallarının böyük əksəriyyəti 2956 olmaqla Tbilisidə qeydə alınıb. Onlardan 87-si xarici ölkə vətəndaşıdır.

Azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində 452 nəfər QİÇS daşıyıcısıdır.

Qeyd edək ki, Gürcüstanda QİÇS-ə ilk yoluxma halı 1989-cu ildə qeydə alınıb. Qonşu ölkədə QİÇS-dən test müayinəsi və vətəndaşların müalicəsi ödənişsiz həyata keçirilir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=136353

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930