Parisdə etiraz aksiyasına görə 20-dən çox metro stansiyası bağlanıb
Fransanın paytaxtı Parisdə “sarı jiletlilər” hərəkatının tərəfdarlarının planlaşdırdığı aksiyaya görə noyabrın 16-sı səhər saatlarında 20-dən artıq metro stansiyası bağlanıb. “Report” xəbər verir ki, məlumatı RİA “Novosti” yayıb.
Bildirilib ki, “sarı jiletlilər”in etiraz aksiyasının birinci ildönümü ilə əlaqədar Fransanın bir sıra şəhərlərində noyabrın 16-sı və 17-də etiraz aksiyaları keçiriləcək.
Qeyd edək ki, 2018-ci il noyabrın 17-də Fransada avtomobil yanacağı qiymətlərinin artımına qarşı kütləvi etiraz aksiyasının iştirakçıları sarı jilet geydiklərindən onlara “sarı jiletlilər” hərəkatı adı verilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=136615