“Hədəfimiz neft deyil” – Ərdoğan

18.11.2019 - 14:25

64aeb928-2749-425b-8408-2d6ea5378971“Erməni soyqırımı” kimi iftiralardan qurtula bilmirik”

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabahçe Sarayında keçirilən 2-ci İstanbul Beynəlxalq Ombudsmanlıq Konfransında bildirib.

Gələcək nəsil bunun qiymətini verəcək. Tarix bunu edənləri qiymətləndirəcək. Ən tragikomediya isə öz təhlükəsizliyimizi qorumaq üçün atdığımız addımlara görə sanksiyalarla təhdidə məruz qalmağımızdır. Tarix bu olanların hamısını qeyd edir. Bizim hədəfimiz neft deyil. Biz insanı sevirik, onun üçün ayrı-seçkilik etmərik. “Mənə toxunmayan ilan min yaşasın” deməyib, terror qruplaşmalarının hinlərinə girib onları yerlə bir edirik. Türkiyə bu fəaliyyəti ilə bütün beynəlxalq ictimaiyyətin vicdan borcunu ödəyir. Bəziləri neft yataqlarını paylaşır. Bizim qarşımıza da bunu çıxarırlar. “Bizim dərdimiz bu deyil” – dedik. “Bizim əhəmiyyət verdiyimiz neft deyil, insandır. Bu insanları xilas etməkdir” – dedik. Neft və ya siyasi maraqları üçün terror qruplaşmaları ilə qol-qola girməkdən çəkinməyən dövlətlər varkən bizim qürurlu davranışımız davam edir”, – o deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=136693

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728