İranda iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı həlak olub

18.11.2019 - 15:20

795dd277f49c25eİranda baş vermiş iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşı həlak olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran hökumətinin sözçüsü Əli Rabii bildirib.

“Son günlər ərzində baş vermiş iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinin bir neçə əməkdaşına hücum edilib, onlar işgəncə verilməklə öldürülüblər”, – deyə Ə. Rabii vurğulayıb.

O qeyd edib ki, təhlükəsizlik qüvvələrinin əməkdaşlarına soyuq və odlu silahlarla hücum edilib.

Xatırladaq ki, noyabrın 15-də gecə ölkədə davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, qiyməti qaldırılıb. Hökumətin qərarına əsasən, dövlət benzin kartına malik şəxslər ay ərzində bir litri 12 avrosent ekvivalentinə bərabər olmaqla, 60 litrə qədər benzin ala bilər. Daha böyük həcmdə benzin almaq istəyənlər benzinin keyfiyyətindən asılı olaraq hər litr üçün 24 avrosentdən 30 avrosentə qədər ödəməlidirlər. Bu, indiyə qədər olan qiymətlərdən faktiki 3 dəfəyə bahadır.

Short URL: http://www.cumhuriyyet.net/?p=136696

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728