Almaniyanın sabiq prezidentinin oğlu qətlə yetirilib

20.11.2019 - 11:44

695dd4e6ff8e091Almaniyanın sabiq prezidenti Rixard von Vaytszekkerin oğlu Fritz von Vaytszekker bıçaqlanaraq qətlə yetirilib.

APA-nın “Deutsche Welle”yə istinadən verdiyi xəbərə görə, Fritz von Vaytszekker Berlin xəstəxanasında mühazirə oxuyarkən bıçaqlanıb.

Polisin yaydığı məlumata görə, sabiq prezidentin 59 yaşlı oğlu işlədiyi Schlosspark xəstəxanasında mühazirə oxuyarkən hücuma məruz qalıb. Fritz von Vaytszekker aldığı bıçaq xəsarətindən ölüb. Polis mühazirədə iştirak edənlərin köməyi ilə hücum edən şəxsi saxlayıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Fritz Vaytszekkerin tibb sahəsində uzunmüddətli karyerası olub. Belə ki, o, 2005-ci ildə Schlosspark xəstəxanasında işləməyə başlamazdan əvvəl Freyburq, Boston və Zürixdə işləyib.

Fritz 1984 – 1994-cü ildə Almaniya prezidenti olmuş və 2015-ci ildə vəfat edən Rixard von Vaytszekkerin 4 övladından biridir.

Short URL: http://www.cumhuriyyet.net/?p=136842

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728