Avropa qaz böhranına hazırlaşır – Rusiya-Ukrayna çəkişməsi qitədə qorxu yaradıb

02.12.2019 - 18:01

Rusiya ilə Ukrayna arasında uzun müddətdir qaz mübahisəsi davam edir. İsveç Məhkəməsinin qərarına əsasən, Rusiya Ukraynaya 2,6 milyard dollar pul ödəməlidir. 2009-cu ildə olduğu kimi AB ilə qaz böhranının təkrarlanacağı mümkün görünür. Bu barədə Endryu Retman “EUObserver”-də yazır.

Nəşr xatırladır ki, Stokholm Arbitraj Məhkəməsi Ukraynanın xeyrinə qərar çıxardıqdan sonra Rusiyanın “Qazprom” şirkəti İsveçin Apellyasiya Məhkəməsinə şikayət edib. Sonuncu isə bir neçə gün öncə belə bir qərar çıxarıb. Hər iki hökm uzun müddətdir davam edən və on milyardlarla dollara başa gələn məhkəmə mübahisələrinin bir hissəsidir.

Həmin mübahisələrin çoxu başlanğıcını 10 il əvvəl imzalanan qaz sazişindən götürür. Belə ki, 2009-cu ilin yanvarında qeyd edilən sənəd Moskvada o vaxtkı baş nazir Yuliya Timoşenko tərəfindən imzalanıb. Razılaşma Kiyevi faktiki olaraq aldığı qazın miqdarına görə deyil, müəyyənləşdirilmiş miqdara görə Rusiyaya ödəmə etməyə məcbur edib.

Apellyasiya Məhkəməsinin qərarından sonra “Naftoqaz” şirkətinin direktorlarından biri özünün “Facebook” hesabında yazıb: “Mütləq qələbə! Ukrayna yenidən qalib gəlir!”

Lakin 10 il əvvəl imzalanmış müqavilə dekabrın 31-də qüvvədən düşür. Və Ukrayna məhkəmə iddialarından imtina etməsə, Rusiya qaz tədarükünü dayandırmaqla təhdid edir.

“Şübhəsiz, yeni müqavilə imzalanadək məhkəmə çəkişmələrinin hamısını həll etmək lazımdır”, – “Qazprom” şirkətinin direktoru Aleksey Miller deyib. O, Kiyevi məsələni “məhkəmədən kənarda” həll etməyə dəvət edib. “Qaz tranzitinin kəsilmə riski var və İsveç məhkəməsinin əvvəlki hökmləri cəfəngiyatdır, bunlar yalnız vəziyyəti pisləşdirir”, – deyə Vladimir Putin vurğulayıb.

Hazırda Ukrayna 87 milyard kub metrə yaxın rus qazını AB-ə nəql edir. Bu, Avropanın Rusiyadan idxal etdiyi 200 milyard kub metrlik həcmin böyük bir hissəsini təşkil edir. Sonuncu dəfə mavi yanacağa görə Rusiya və Ukrayna arasında ən ciddi münaqişə 2008-2009-cu ilin qış mövsümündə yaşanıb. Bu da xaosa gətirib çıxarıb, bəzi AB ölkələrində qaz təchizatı dayandırılıb.

“Avropa böhrana hazırlaşır. Yanvarın 1-də nələrin baş verəcəyini bilirik. Amma biz hazırıq”, – Polşanın “PGNiG” şirkətinin director müavini Matsey Voznyak bildirib.

O, mətbuat nümayəndələrinə Avstriya, Çexiya, Almaniya, Macarıstan, Polşa, Slovakiya və Ukraynadakı yeraltı anbarların xəritəsini göstərib.

Avropa Komissiyası Kiyev və Moskva arasında vasitəçi rolu oynamağa çalışıb. Lakin noyabrın 1-i baş tutan sonuncu “üçtərəfli” danışıqlar Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviçə “xəyal qırıqlığı” yaşadıb.

Məqalədə deyilir ki, Rusiya hal-hazırda Baltik dənizi və Qara dəniz vasitəsilə AB-ə qaz tədarük etməyə imkan verəcək iki yeni qaz kəmərinin tikintisi ilə məşğuldur. Beləliklə, 2020-ci ildə Ukrayna tranzitinə ehtiyac qalmaya bilər. Bu da Kiyevi illik 3 milyard dollar məbləğində tranzit gəlirindən məhrum etməklə ölkə iqtisadiyyatında sabitliyi poza bilər. Polşa kimi AB ölkələri Rusiyanın enerji şantajının hədəfinə çevrilə bilər.

Bundan başqa, Ukrayna tranzitindən imtina Rusiyaya Ukraynaya qarşı hərbi təcavüzü genişlətməyə imkan verə bilər. Ukrayna hərbçiləri deyir ki, Moskva döyüşlərdə Ukrayna “borusunu” məhv etsə, onun itiriləsi heç nəyi qalmayacaq.

(Tərcümə: xpressa.net)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=137773

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2019
BE ÇA Ç CA C Ş B
« Noy    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031