İsrail Knesseti özünü buraxmaq qərarına gəlib

11.12.2019 - 15:58

İsrail Knessetinin (birpalatalı parlamentinin) 22-ci çağırış deputatları parlamenti buraxmaq barədə qərar qəbul ediblər.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, hələlik qanun layihəsi ilkin oxunuşda təsdiqlənib.

İsrail Parlamentinin yaydığı məlumatda səs verən 50 nəfərin hamısının qərarın lehinə səs verdiyi vurğulanıb. Qanun layihəsinə görə, 23-cü çağırış Knessetə seçkilər 2020-ci il martın 2-də keçiriləcək.

Qeyd edək ki, 22-ci çağırış Knesseti səlahiyyət müddətinə görə antirekord müəyyənləşdirib: o, üç aydan az müddət faəliyyət göstərib. Özünü buraxmaq qərarı ölkə prezidenti tərəfindən parlamentə verilən Nazirlər Kabinetinin formalaşdırılması üçün səlahiyyət müddətinin bitməsinə bir neçə saat qalmış qəbul edilib. Hökümət koalisiyasının yaradılması ilə bağlı aparılan danışıqlar uğursuz olub.

22-ci Knesset seçkilərindən sonra Nazirlər Kabinetinin yaradılmasına mandatı ölkə prezident Reuven Rivlin növbə ilə iki ən böyük fraksiyanın liderlərinə – hakim Likud Partiyasının sədri Binyamin Netanyahu və Kahol-Lavan müxalifət blokunun rəhbəri Beni Qansa verib. Amma onların heç biri parlament çoxluğundan lazımi dəstəyi ala bilməyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=138481

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930