Türkiyədə qızıl istehsalı Cümhuriyyət tarixinin rekordunu vurub

02.01.2020 - 16:19

2019-cu ildə Türkiyədə qızıl istehsalı illik ifadədə 40% artaraq Cümhuriyyət tarixinin rekordunu vurub.

 

“APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Qızıl Mədənçilər Dərnəyinin rəhbəri Hasan Yücel məlumat verib.

 

H. Yücel yazılı açıqlamasında 2018-ci ildə 27,1 ton olan qızıl hasilatının 2019-cu ildə 40% artaraq 38 tona yüksəldiyini və Türkiyənin Avropanın ən böyük qızıl istehsalçısı səviyyəsinə çatdığını bildirib: “2017-ci ildə ölkədə qızıl hasilatı artmağa başladı və 2019-cu ildə 38 tonluq istehsalla Cümhuriyyət tarixinin rekordu qeydə alındı”.

 

Türkiyədə qızıl istehsalına 2001-ci ildən başlandığını bildirən H. Yücel həmin il 1,4 ton olan qızıl hasilatının illərlə artdığını və bu il üçün qızıl hasilatının 45 tondan çox olmaqla yeni bir rekord qıracağının proqnozlaşdırıldığını vurğulayıb.

 

Qeyd edək ki, Türkiyədə 2001-2019-cu illərdə cəmi 338 ton qızıl istehsal olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=140070

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930