“BU, SON OLMAYACAQ” – İrandan ABŞ-a növbəti mesaj
İran İnqilab Keşikçiləri rəhbərlərindən Abdullah İraki, Tehranın İraqdakı ABŞ əsgərlərinə etdiyi hücumun son hücum olmadığını, hücumların davam edəcəyini açıqlayıb.
“AzPolitika” İran mətbuatına istinadla xəbər verir ki, İranın yüksək rütbəli komandiri, Tehranın İraqdakı ABŞ qoşunlarının yerləşdiyi bazalara edilən hücumun son olmadığını və hücumların davam edəcəyini bildirib.
İsfahanın Ərdistan əyalətində danışan İraki, “Tezliklə düşməndən daha ağır qisas alacağıq”, deyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=140441