Tramp impiçmentlə bağlı araşdırmanı fırıldaqçılıq adlandırıb
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi impiçmentlə bağlı ittiham aktını Senata təhvil vermək istəmir.
APA-nın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter”də bildirib.
“Nensi Pelosi Adam Şiff kimi korrupsioner siyasətçilər tərəfindən uydurma şəkildə hazırlanmış impiçmentlə bağlı ittiham aktını təhvil vermək istəmir, çünki illər boyu aparılan istintaq və təqiblərdən sonra heç bir cinayət ortaya çıxmayıb. Bu, zarafat və fırıldaqçılıqdır!”, – deyə D. Tramp vurğulayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=140447