İran Pentaqonu terror təşkilatları siyahısına daxil edib

13.01.2020 - 17:45

İran prezidenti Həsən Ruhani Pentaqonun terror təşkilatları siyahısına daxil edilməsini özündə ehtiva edən parlamentin qanun layihəsini təsdiqləyib.

Bu barədə “Report” “Tasnim”ə istinadən xəbər verir.

Qeyd edək ki, 2019-cu ilin aprel ayında İranda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının qadağan olunmuş təşkilat kimi tanınması barədə qanun qəbul edilib. İndi isə sənədə dəyişiklik edilib. Artıq Pentaqonun bütün üzvləri və onlarla əlaqəli müəssisə və təşkilatlar terrorçular siyahısına daxil edilib.

Daha əvvəl müvafiq qanun layihəsi İran Konstitusiyasının Qəyyumlar Şurası tərəfindən təsdiqlənmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=140676

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930