Şarl Mişel və Ursula von der Leyen “Brexit” sazişini imzalayıblar

24.01.2020 - 12:37

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula von der Leyen “Brexit” sazişini imzalayıblar.

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti özünün “Twitter” hesabında bildirib.

Dəyişikliklərin qaçılmaz olduğunu vurğulayan Ş. Mişel tərəflər arasında dostluq münasibətlərinin davam edəcəyinə inamını ifadə edib.

Bu gün von der Leyenlə birgə sazişi imzaladıq. Dəyişikliklər qaçılmazdır, lakin dostluğumuz qalacaq. Tərəfdaş və müttəfiq kimi yeni mərhələyə başlayırıq”, – deyə Ş. Mişel qeyd edib.

Xatırladaq ki, bundan əvvəl “Brexit” sazişi Böyük Britaniya parlamentinin İcmalar Palatası və Lordlar Palatası, daha sonra isə kraliça II Elizabet tərəfindən təsdiqlənib. Böyük Britaniya 31 yanvarda Avropa İttifaqını tərk edəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=141450

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930