İtaliyada idman tədbirləri koronavirusa görə ləğv edildi

23.02.2020 - 12:15

İtaliyanın Lombardiya və Veneto regionları ərazilərindəki bütün idman tədbirləri ləğv olunub.

“Report”un məlumatına görə, bu barədə ölkənin baş naziri Cüzeppe Konte bəyan edib. Səbəb kimi bu regionlarda koronavirus xəstəlikləri göstərilib.

Ləğv olunmuş tədbirlər sırasına A Seriyasının “Verona” – “Kalyari”, “Atalanta” – “Sassuolo” və “İnter” – “Sampdoriya” matçları da daxildir. Hər 3 qarşılaşma bu gün keçirilməli idi. Yeni tarixlər hələ açıqlanmır.

Eyni zamanda həvəskar və gənclər liqalarında 42 matç, habelə B Seriyasının “Askoli” – “Kromeneze” görüşü də ertələnib.

Qeyd edək ki, hazırda A Seriyasının lideri 25 oyundan 60 xal yığan “Yuventus”dur. İlk “3-lüy”ə “Latsio” (56) və “İnter” (54) də daxildir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=143091

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930