ABŞ-ın demokrat senatorları Putinə sanksiya tətbiq etməyə çağırdılar

25.02.2020 - 22:02

ABŞ-ın Demokrat partiyasının senatorları dövlət katibi Maykl Pompeo və maliyyə naziri Stiven Mnuçinə məktub göndərərək artıq Rusiya prezidenti Vladimir Putinin özünə qarşı sanksiyaların tətbiq edilməsinin zamanın gəlib çatdığını bildiriblər.

Bu barədə həmin məktubun surətini əldə edən “Axios” saytı məlumat verib.

“ABŞ Kəşfiyyatının Kremlin 2020-ci ildə keçiriləcək seçkilərə müdaxiləyə hazırlaşması ilə bağlı gəldiyi nəticə onu göstərir ki, təxirə salınmadan Rusiya Federasiyasına və həmin işdə əli olan digər məsul şəxslərinə qarşı məhdudlaşdırıcı tədbirlər həyata keçirilməlidir. Artıq birbaşa prezident Vladimir Putinin özünə onun ölkəsini hansı məhrumiyyətlərə məruz qalacağı barədə dəqiq mesaj verilməlidir”, – deyə məktubda bildirilir.

Senatorların fikrincə, ABŞ-ın adıçəkilən qurumlarının hər hansı hərəkətsizliyi ölkənin milli təhlükəsizliyi və seçki prosesinin bütövlüyünün qorunmasından imtina anlamına gəlir.

Sənəd Demokrat partiyasının Senatdakı fraksiyasının rəhbəri Çak Şumer (Nyu-York ştatı), Robert Menendes (Nyu-Cersi) və Şerrod Braun (Ohayo ştatı) tərəfindən imzalanıb.

Xatırladaq ki, Rusiyanın 2020-ci ilin noyabr ayının 3-də keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə başlaması barədə informasiya bu iln fevral ayının 20-də “The New York Times” qəzetində çıxıb.

Qəzetin informasiyasına əsasən, ABŞ Nümayəndələr palatasına brifinq verən kəşfiyyat strukturlarının rəhbərləri Kremlin hazırkı prezident Donald Trampın vəzifədə qalması üçün çalışdığını bildiriblər.

“The Washington Post” qəzeti isə Rusiyanın Ağ Evin indiki sahibinə daha əlverişlli rəqib olaraq görünən senator Berni Sandersin Demokrat artiyasından vahid namizəd olması üçün hərəkətə keçdiyini xəbər edib.

Bununla bağlı məlumatlara sərt təpki göstərən 78 yaşlı senator Rusiya və onun rəhbərliyinə “ABŞ seçkilərindən uzaq durun” deyə səslənib.

Musavat.com

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=143196

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930