Qumdakı xəstəxanalarda 1 325 nəfər yatırılıb

02.03.2020 - 19:19

12 gün ərzində yeni koronavirus şübhəsi ilə İranın Qum xəstəxanalarında 1 325 nəfər yatırılıb.

Trend-in məlumatına görə, bunu İranın Qum vilayəti Tibb Elmləri Universitetinin rektor əvəzi Əli Əbrazə deyib. Onun sözlərinə görə, onların 610 nəfəri tam şəkildə sağalaraq evə buraxılıb.

Əbrazə əlavə edib ki, analizlərin nəticələrinə görə, indiyədək Qumda 139 nəfər yeni koronavirusa yoluxub. Onlardan 80 nəfəri sağalıb.

İranlı həkim 725 nəfərin xəstəxanalarda yatırıldığını deyib: “Qumda 4 xəstəxanada xəstələrə müalicə pulsuzdur. Müraciət edənlərin sayının artdığına görə daha bir xəstəxananın ayrılması nəzərdə tutulub”.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi indiyədək 1501 nəfərin yeni koronavirusa yoluxduğunu, 66 nəfərin öldüyünü və 291 nəfərin sağaldığını təsdiqləyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=143404

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031