Dünya Bankı koronavirusla mübarizəyə 12 milyard ayırır

04.03.2020 - 16:32

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Dünya Bankı (DB) koronovirusla mübarizədə təxirəsalınmaz kömək qismində səhiyyə sisteminin möhkəmləndirilməsinə, tibbi xidmətə əlçatanlığın yaxşılaşdırılmasına və epidemioloji nəzarətin güclədirilməsinə 12 milyard dollar vəsait yönəldəcək. Bu barədə maliyyə təşkilatının bəyanatında söhbət açılır. Qeyd olunur ki, 2019-nCoV virusu artıq dünyanın 60 ölkəsində yayılıb.

«Dünya Bankının bu yeni sürətli tədbirlər qrupu inkişaf etməkdə olan ölkələrin səhiyyə sisteminin möhkəmləndirilməsinə, o cümlədən, insanların epidemiyalardan qorunması məqsədilə tibbi xidmətə girişin yaxşılaşdırılmasına köimək edəcək, xəstəliklər üzərində epidnəzarəti gücləndirəcək və ictimai səhiyyə sahəsində tədbirləri fəallaşdıracaq» – xəbərdə belə deyilir.

Başqa bir xəbərdə isə deyilir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp koronavirusla mübarizə işinə özünün rüblük məvacibini yönəldib. Bu məbləğ 100 min dollar təşkil edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=143505

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31