İranda koronavirusdan 739 nəfər sağalıb
Dünyanın 80 ölkəsində yayılan koronavirus xəstəliyinə (COVID-19) bu günə kimi 98 mindən çox insan yoluxub.
Virusdan sağalanların sayı isə 55 min nəfərdən çoxdur.
Çindən sonra koronavirusdan sağalanların sayında artım İranda da müşahidə olunur. Bu ölkədə COVID-19 virusundan sağalanların sayı 739 nəfərə çatıb.
Qeyd edək ki, İranda koronavirusa yoluxanların sayı 3513 nəfər təşkil edir. Ölkədə virusdan həyatını itirənlərin sayı 107 nəfərdir. (BAKU.WS)
Short URL: http://www.cumhuriyyet.net/?p=143605