Türkiyəni tərk edən qaçqınların sayı açıqlandı

06.03.2020 - 16:33

Türkiyə hökuməti Avropaya dəniz və ya quru yolla getmək istəyən suriyalı qaçqınlara maneçilik törədilməməsi barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” Türkiyə rəsmisinə istinadən məlumat verib. Agentliyin həmsöhbətinin sözlərinə görə, Türkiyə polisinə, sahil mühafizəsinə və sərhəd keçidlərində işləyən əməkdaşlara Suriyadan qaçqın axını vəziyyətində maneçilik yaratmamaq barədə tapşırıq verilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə Avropaya getmək istəyən qaçqınlar üçün ölkə sərhədlərini açacağı ilə bağlı bəyanat vermişdi. Buna səbəb isə Qərbin ikili standartlardan çıxış etməsi və Türkiyəyə gələn suriyalı qaçqınlara köməklik göstərməklə bağlı verdiyi vədi yerinə yetirməməsidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=143636

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31