İranın ali rəhbərinin ənənəvi bayram çıxışı koronavirusa görə təxirə salındı

10.03.2020 - 12:14

İranın ali rəhbəri Seyid Əli Xameneinin ənənəvi Novruz çıxışı koronavirus epidemiyası ilə əlaqədar təxirə salınıb.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, hər il martın 21-i Məşhəd şəhərində təşkil edilən çıxış təxirə salınmaqla yanaşı, vətəndaşlardan bayramla əlaqədar o şəhərə səfər etməmələri tövsiyə olunub.

İranda koronavirusdan ölənlərin sayı 237 nəfərdir. İndiyədək yoluxanların sayı isə 7 000-i ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 430-a çatıb. Bunların 64 093 nəfəri sağalıb, 4 027 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=143776

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031