İtaliyada 24 saatda koronavirusdan rekord sayda insan öldü

11.03.2020 - 11:26

İtaliyada koronavirusa görə 24 saat ərzində 168 nəfər ölüb.

“Report” “İndependent”ə istinadən xəbər verir ki, ölkədə infeksiyadan ölənlərin sayı 631-ə çatıb.

İtaliyada indiyədək 10 149 nəfər virusa yoluxub. Epidemiya əsasən ölkənin şimalında yayılıb. İtaliya ölüm göstəricisinə görə Çindən (3 158 ölüm) sonra 2-ci yerdədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 119 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 119 220-yə çatıb. Bunların 66 568 nəfəri sağalıb, 4 299 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Short URL: http://www.cumhuriyyet.net/?p=143812

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31