Daha 5 ölkədə koronavirusa ilk yoluxma qeydə alındı

14.03.2020 - 13:36

Koronavirusun yayılma coğrafiyası genişlənib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Puerto Riko (3 nəfər), Surinam (1), Qvatemala (1), Aruba (2) və Uruqvayda (4) koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Yoluxmaların əksəriyyəti daha öncə xaricə səfərlə bağlıdır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 145 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 145 686-ya çatıb. Bunların 72 536 nəfəri sağalıb, 5 436 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Avropa isə pandemiyanın episentri sayılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=143889

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31