Yaponiyada koronavirusa görə fövqəladə vəziyyət elan olunması barədə qanun qüvvəyə minib

14.03.2020 - 13:54

Yaponiyada yeni koronavirus təhlükəsi ilə əlaqədar Baş Nazirə fövqəladə vəziyyət elan etmək hüququ verən qanun martın 14-də qüvvəyə minib.

AZƏRTAC xəbər verir ki, həmin qanun bir gün əvvəl parlamentin yuxarı palatası tərəfindən hakim koalisiyanın və bəzi müxalifət partiyalarının dəstəyi ilə qəbul edilib. Aşağı palata həmin qanunu martın 12-də qəbul etmişdi.

Yaponiyada fövqəladə vəziyyətin elan edilməsi prefektura qubernatorlarına müxtəlif göstərişlər və sərəncamlar qəbul etmək səlahiyyəti verəcək. Həmin siyahıya sakinlərdən evlərini tərk etməmək, həmçinin məktəblərin bağlanması kimi göstərişlər də daxildir.

Bununla yanaşı, qanunvericilərin qəbul etdiyi əlavə qətnamə hökuməti parlamenti əvvəlcədən fövqəladə vəziyyət elan olunması barədə xəbərdar etməyə və sonrakı vəziyyət barədə məlumatlandırmağa çağırır.

Bu qanunun qəbulunu şərh edən Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa jurnalistlərə bildirib ki, hökumət fövqəladə vəziyyət elan olunmasına çox ehtiyatla yanaşır. Çünki bu, insanların həyatına çox ciddi təsir göstərə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=143901

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31