“Rusiya koronavirusla alovlanır…” – Sərhədlərin bağlanması Lukaşenkonu qəzəbləndirib

16.03.2020 - 21:50

Onsuz da son zamanlar Rusiya rəhbərliyindən narazılığını gizlətməyən Aleksandr Lukaşenkonu rəsmi Moskvanın koronavirus səbəbilə Belarusla sərhədləri bağlaması daha da hiddətləndirib.

“AzPolitika.info” xəbər verir ki, Lukaşenko Belarus mətbuatına verdiyi açıqlamada Rusiya hökumətinin bu qərarını sərt tənqid edib.

“Bütün Rusiya koronavirusla alovlanır”, deyə ironiya ilə bildirən Belarus prezidenti Moskvanın bu addımının məntiqsiz olduğuna işarə edib: “Bəs belədə kim kimdən bağlanmalıdır (qorunmalıdır-red.)? Ritorik sualdır”.

Lukaşenkonun qəzəblənməsinə səbəb sərhədlərin bağlanmasının Belarus iqtisadiyyatına ciddi zərbə vurmasıdır. Belarusda koronavirus epidemiyası ilə bağlı vəziyyətin, Rusiya başda olmaqla, əksər qonşu dövlətlərlə müqayisədə daha məqbul olduğu bildirilir. Ancaq buna baxmayaraq, artıq Ukrayna, Latviya, Litva və Polşa kimi qonşu ölkələr Belarusla sərhədlərini bağlayıblar. Son olaraq Rusiyanın da eyni addımı atması Belarusu blokada vəziyyətinə salıb.

Kremlin sözçüsü Dmitri Peskov Lukaşenkonun narazılığına cavab olaraq bildirib ki, yaxın qonşu və müttəfiq ölkə olan Belarusun onların bu addımını anlayışla qarşılayacağına ümid edirlər. O, əlavə edib ki, bütün ölkələr bu infeksiya ilə mübarizədə aktiv olmalıdırlar.

Belarusdakı vəziyyətə gəldikdə isə, Lukaşenko deyib ki, onlar üçün daha vacib olan və narahatçılıq yaradan ölkə iqtisadiyyatıdır. Prezident deyib ki, Belarus əhalisi koronavirusla bağlı özünü kifayət qədər adekvat aparır, səhiyyə işçiləri isə öz işlərinin öhdəsindən layiqincə gəlir. Lukaşenko həmçinin həmvətənlərini maska və digər qoruyucu ləvazimatlar almaq üçün apteklərə qaçmamağa, ajiotaj yaratmamağa çağırıb.

Qeyd edək ki, Rusiya hələlik, Azərbaycan və Finlandiya istisna olmaqla, bütün qonşu ölkələrlə sərhədlərini bağlayıb.

“AzPolitika”

Short URL: http://www.cumhuriyyet.net/?p=144063

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31