Rusiyanın tanınmış ziyalıları Putinin “ömürlük prezidentliyinə” qarşı

16.03.2020 - 22:07

Rusiyanın bir qrup tanınmış ziyalısı Vladimir Putinin “ömürlük prezidentliyinə” yol açacaq konstitusiya dəyişikliyilə bağlı etiraz bəyanatı yayıblar.

“AzPolitika.info” xəbər verir ki, ölkənin nüfuzlu alimlərinin, yazıçılarının, hüquqşünaslarının və digər sahələrdə çalışan ziyalılarının imzaladıqları bəyanat “Exo Moskvı” radiostansiyasının saytında yerləşdirilib.

Ziyalıları ən çox narahat edən yeni konstitusiya dəyişikliyi nəticəsində V.Putinin indiyə qədərki prezidentlik müddətinin “sıfırlanması” və onun 2024-cü ildən sonra da öz kreslosunu qoruması perspektividir.

Bəyanatda deputatlara, siyasətçilərə, ictimai xadimlərə və ən nəhayət, Konstitusiya Məhkəməsinin hakimlərinə müraciət edilir. 350 ziyalının imzaladığı bəyanatda nəzərdə tutulan konstitusiya dəyişikliklərinin qanuna zidd olduğu qeyd edilir və bu təşəbbüs faktiki “antikonstitusion çevriliş” kimi xarakterizə olunur.

Sənədi imzalayan ziyalılar Rusiyanın böyük təhlükə ilə üz-üzə qaldığını bildirirlər: “Biz hesab edirik ki, ölkəmizin üzərində dərin konstitusiya böhranı və qanunazidd antikonstitusion çevriliş təhlükəsi yaranıb.”

Ziyalılar Putinin prezidentlik müddətinin “sıfırlanmasını” isə “kökündən qanunazidd, siyasi və etik baxımdan qəbuledilməz” addım adlandırıblar. Bəyanatı imzalayanlar arasında ölkənin nüfuzlu hüquqşünasları da var. Onlar həmin sənəddə qeyd ediblər ki, yeni dəyişikliklər Konstitusiyanın dəyişməz olan 1-ci və 2-ci maddələrinə ziddir. Hüquqşünaslar bildiriblər ki, bu dəyişikliklər qeyri-legitimdir.

Açıq bəyanatla çıxış edənlər arasında tanınmış jurnalist Leonid Parfyonov, eləcədə İlya Şablinski, Anton Dolin, Yelena Lukyanova, Lev Qudkov və digər nüfuzlu ictimai xadimlər, elm adamları var.

“AzPolitika”

Short URL: http://www.cumhuriyyet.net/?p=144067

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31