“İranda 3,5 milyon insan koronavirusdan öləcək” – Proqnoz

18.03.2020 - 13:13

İranın Şərif Texnologiya Universitetinin tədqiqatçıları COVID-19-un İranda daha da yayılması və onun nəticələri ilə bağlı fərqli ssenariləri sınamaq üçün komputer simulyatoru hazırlayıblar.

APA-nın “Deutsche Welle”yə istinadən verdiyi xəbərə görə, bu hesablamaya əsasən İranda təxminən bir həftə ərzində pandemiya öz zirvəsinə çatacaq, ölənlərin sayı 12 000 nəfəri keçəcək.

Komputer simulyatoru bu hesablamanı ən yaxşı ssenariyə görə hesablayıb. Belə ki, hökumət bütün yüksək riskli ərazilərə karantin tətbiq edir, yerlərdə insanlar karantin qaydalarına ciddi şəkildə əməl edir və kifayət qədər tibbi ləvazimatlara zəmanət verilir.

Lakin tədqiqatçılar bu ssenarinin hər üç halda həqiqətə uyğun olmadığını qeyd ediblər. Bildirilib ki, hökumət tam karantin tətbiq edə bilməz. Eyni zamanda müəyyən insanlar karantin qaydalarına tabe olmayacaqlar və tibbi təminatın vəziyyəti ABŞ-ın sanksiyaları və idarəçilikdəki problemlərlə əlaqədar tam yüksək səviyyədə olmayacaq.

Tədqiqatçılar bu reallıqları nəzərə alaraq, may ayının sonunda epidemiyanın pik nöqtəsinə çatacağını və bunun nəticəsində 3,5 milyon insanın ölə biləcəyini təxmin edirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=144171

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31