“Koronavirus baiskarı” dünyaya nələri nümayiş etdirə bildi? – Çin “müharibədən” qalib çıxdı

23.03.2020 - 19:56

Artıq bütün dünyanın, xüsusilə də Avropanın başı yeni koronavirus epidemiyasının yaratdığı fəsadlara necə qarışıbsa, onun ilk olaraq meydana gəldiyi Çindəki hazırkı vəziyyət, demək olar ki, heç kimi maraqlandırmır. Sosial şəbəkələrdə də ilkin dövrlərdən fərqli olaraq, bu xəstəliyin əsas baiskarı kimi Çini günahlandıranlara az rast gəlinir. İndi hərə öz hayındadır. Təkcə onu qeyd etmək kifayətdir ki, koronavirusun Çindən xeyli sonra ayaq açdığı və əhalisi ondan müqayisə edilməyəcək dərəcədə az olan İtaliyada bu bəladan ölənlərin sayı Çinin itkilərini xeyli üstələyib…

Bəs hazırda Çində nə baş verir? Bu epidemiya dünyanın ən nəhəng iqtisadiyyata, ən çox əhaliyə malik ölkələrindən biri üçün yaratdığı itkilərlə bərabər nələr qazandırdı? 

Bəli, Çinin bu epidemiyadan itirdikləri ilə yanaşı qazandıqları da az olmayıb. İlk olaraq qeyd edək ki, artıq Çində koronavirus epidemiyası tamamilə səngimək üzrədir. Yeni yoluxmalar və ölüm halları minimuma enib. İstehsal başda olmaqla, iqtisadiyyatın bir çox sahələri bərpa olunur. Gündəlik normal həyat öz əvvəlki axarına qayıtmağa başlayır. Və bütün bunlar təkcə Çin deyil, bütün dünya üçün yaxşı xəbərdir.

Rusiyanın “Livejournal” dərgisində Yaroslav Bıxovski imzası ilə dərc edilən yazıda da Çinin koronavirus epidemiyasından əldə etdiyi bir çox müsbət nəticələrdən söz açılır. Və burada göstərilən arqumentlərlə razılaşmamaq mümkün deyil.

İlk növbədə qeyd olunur ki, Çin ən yeni nəsil müharibə olan bioloji müharibəyə hazır olduğunu ortaya qoydu. Ölkə sözün əsl mənasında bioloji müharibə ilə bağlı təlimlər keçirdi və bütün dünyaya “master-klass” göstərdi, sübut etdi ki, ona qarşı bioloji müharibə az effekt verəcək.

Çin tez və effektiv şəkildə öz əhalisinin siyahıya alınmasını həyata keçirdi.

“Rəqəmsal diktaturanı”, sosial şəbəkələr və kommunikasiyalar üzərində nəzarəti sərtləşdirə bildi.

İstənilən şəxsin bütün sosial əlaqələrini, hətta hansı vaqonda getdiyini, harda və kiminlə ünsiyyətdə olduğunu və s. qısa müddətdə müəyyən edən sistem hazırladı.

Yumşaq rejimdə əksər əcnəbilərin ölkədən çıxarılmasına nail oldu. Onların əksəriyyəti özləri ölkəni tərk etdi, qalanları isə bir-bir müəyyən edilib, nəzarətə götürüldü.

Ölkədə bütün qeyri-leqal formada yaşayanlar müəyyən edildi və onların əksəriyyəti ölkədən çıxarıldı.

Çinin sərt və kütləvi formada bloklanmasını təmin edən mexanizm hazırlandı.

Ən əsas məqamlardan biri – Çinin nəyə qadir olduğu bütün dünyaya nümayiş etdirildi! 1.5 milyard nəfər insanı karantinə oturtmaq, hər birinə maska taxmaq – bu, çox böyük güc tələb edir, o cümlədən bir həftə ərzində meqaxəstəxana tikmək də.

Bütün ölkəyə gigiyenaya necə riayət edilməli olduğu öyrədildi.

Çinin bir çox əyalətləri üçün indiyə qədər norma halına gələn vəhşi heyvanların ətindən istifadəni qadağan edən qanun qəbul olundu.

Bütün dünyaya Çindən nə dərəcədə asılı olduğu nümayiş etdirildi!

Nəhayət, bu hadisənin siyasi tərəflərindən biri – Honkonqda bütün siyasi etirazlar durdu. Çin hakimiyyətinin buradakı siyasi nüfuzu xeyli artdı.

Ən əsası isə odur ki, dünyanın qalan hissəsi “böhran quyusuna” hələ yenicə enməkdə olarkən, Çin artıq oradan çıxır və dünya bazarında neftin ucuzlaşması da daxil olmaqla, bir çox dəyişikliklərdən qazanc əldə edir. Həmçinin, ucuzlaşmış səhmləri, aktivləri almağa tam hazırdır. Eləcə də, Çin koronavirusdan əziyyət çəkən zəif ölkələrə kömək etməklə, dünyanın bir çox regionlarında öz siyasi nüfuzunu artırmaq imkanı əldə edib və bu imkandan istifadə etməkdədir.

Göründyü kimi, Rusiya nəşrinin də qeyd etdiyi kimi, Çin bu bioloji savaş testini heç də pis keçmədi. Bu nəhəng ölkə kifayət qədər ağıllı və təşkil olunmuş anti-böhran tədbirlərilə koronavirus epidemiyasının vurduğu zərbələri dəf etməyi bacardı. Və hazırda start xəttinə ən tez və hazırlıqlı çıxan idmançı təsiri bağışlayır. Böyük ehtimalla, postkoronavirus dövründə də Çin ən güclü iqtisadiyyatlardan biri statusunu özündə saxlayacaq. Və növbəti dəfə sübut edəcək ki, düzgün, ağıllı idarəçilik bir ölkəni ən ağır situasiyalardan belə az itkilərlə, hətta qalib statusunda çıxara bilər…

Cəlal Məmmədo, “AzPolitika.info”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=144281

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930