İranda 38 milyon insan koronavirus testindən keçirildi

24.03.2020 - 12:24

 İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazir Səid Nəməki ölkədə 38 milyon insanın koronavirus testindən keçirildiyini bildirib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Nəməkinin sözlərinə görə, test prosesinə İran Səhiyyə Nazirliyinin 40 min personalı cəlb edilib.

145 min nəfərin hazırda xəstəxanalarda və evlərdə karantində olduğunu söyləyən nazir epidemiyanın ilk günləri ilə müqayisədə vəziyyətin qismən yaxşı olduğunu qeyd edib.

Nəməki bildirib ki, İran əhalisinin təxminən 60 faizi nazirliyin tövsiyəsinə əsasən evlərindən çıxmır.

Short URL: http://www.cumhuriyyet.net/?p=144310

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31