Səudiyyə Ərəbistanını “qorxunc böhran” gözləyir – “Bloomberg”

24.03.2020 - 16:17

Yaxın gələcəkdə Səudiyyə Ərəbistanı və onun qonşuları ciddi maliyyə problemləri ilə üzləşəcək.

Musavat.com xəbər verir ki, “Bloomberg” agentliyinin analitiki Devid Fiklinqin mövzuya həsr olunan məqaləsində belə bir fikir yürüdülüb.

Ekspertin fikrincə, neft bazarlarında hazırda gedən qiymət müharibələri Körfəz ölkələrinin onsuz da qeyri-sabit olan iqtisadiyyatları qarşısında sərt hesablar qoyacaq.

Müəllif nümunə olaraq Səudiyyə Ərəbistanının maliyyə aktivləri ilə bağlı yaranan situasiyanı göstərib. Həmin aktivlərə rəsmi Ər-Riyadın malik olduğu qızıl ehtiyatları, bir sıra suveren fondlar daxildir. Amma dövlət borcunun böyüklüyü də heyrət doğurmaya bilməz.

“Nəticədə hazırda Səudiyyə Ərəbistanının əlində qalan aktivlər ümumdaxili məhsulun sadəcə 0,1%-ni təşkil edir. Halbuki 2018-ci ilə qədər bu, 50% civarında idi”, – deyə ekspert qeyd edib.

Beynəlxalq Valyuta Fondunun rəqəmlərinə görə, son 4 ildə İran körfəzinin 6 monarxiya dövlətinin maliyyə aktivləri ən az yarım trilyon əriyərək 2 trilyon dollara çatıb.

“Əgər neftə olan tələbatın zirvəsi 2040-cı ildən tez bir müddətdə baş tutsa, o zaman 2034-cü ilə qədər ərəb ölkələrinin əlində heç bir pul qalmayacaq. Əgər neftin bir barreli 20 dollar olsa, o zaman monarxiyaların bütün aktivləri 2027-ci ildə tükənəcək”, – deyə Devid Fiklinq bildirib.

Analitik neftin hətta 50-55 dollar dəyərində olması halında belə, Səudiyyə Ərəbistanının qızıl ehtiyatlarının 2024-cü ilə qədər idxala ayrılan 5 aylıq məsrəfinin miqdarına qədər azalacağını deyib.

Bu isə krallıq üçün olduqca təşviş doğuran bir məqamdır və bu ölkə öz tarixinin ən böyük maliyyə böhranı ilə üzləşə bilər. Nəticədə rəsmi ər-Riyad bu vaxta qədər neft ticarətini ayaqda tutan dolların mövcud kursundan imtina edə bilər.

Musavat.com

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=144332

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Mart 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031