Son sutkada Çində cəmi 54 nəfərdə koronavirus aşkarlanıb

28.03.2020 - 11:34

Çində son bir gün ərzində yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 3 nəfər, virusa yoluxanların sayı isə 54 nəfər artıb, daha 383 nəfər sağalıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ÇXR-in Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, ölüm hallarının hamısı Hubey əyalətində qeydə alınıb. Bununla belə, bu əyalətdə son sutkada heç bir yeni yoluxma halı müşahidə edilməyib.

Ümumilikdə ölkə ərazisində bu günəcən 81 394 nəfər koronavirusa yoluxub, onlardan 74 671 nəfər sağalıb, 3295 nəfərsə ölüb. Bütün yeni yoluxma halları ölkəyə gələnlərdə aşkar olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=144487

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31