Rusiya bütün ölkələrlə sərhədlərini bağlayır

28.03.2020 - 22:08

Rusiya bütün ətraf ölkələrlə sərhədlərini bağlayır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə müvafiq qərarı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.

Qərara əsasən, ətraf ölkələrlə olan bütün quru, su, çay, avtomobil, piyada keçid məntəqələri, həmçinin Rusiya – Belarus sərhədi müvəqqəti bağlanacaq.

Martın 30-dan etibarən tətbiq olunacaq məhdudiyyətlər rus diplomatlarına və onların ailələrinə, Rusiya vətəndaşlarına və həmçinin beynəlxalq yükdaşımaları ilə məşğul olan sürücülərə aid edilməyəcək.

Qeyd edək ki, bu cür sərt qərarın qəbuluna ölkədə koronavirusun yüksək sürətlə yayılması və yoluxan şəxslərin sayının artması səbəb olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=144544

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31