Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9,8 min nəfərə çatdı

31.03.2020 - 13:30

Cənubi Koreyada bir gün ərzində koronavirusa 25 yeni yoluxma hadisəsi qeydə alınıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi yanında Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Mərkəz bildirib.

Məlumata görə, ölkədə 180 xəstə sağalıb, koronavirusa yoluxanların ümumi sayı 9 786 nəfərə çatıb, 162 nəfər virusun qurbanı olub.

Daha əvvəl virusdan 158 nəfərin vəfat etdiyi bildirilib. Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ şəhəri və Kyonsan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonası adlandırılıb.

Sakinlərdən aprelin 5-dək öz evlərini tərk etməmək, idman, əyləncə və dini müəssisələri bağlamaq xahiş edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=144656

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31