ABŞ-da pandemiya səbəbindən 200 minədək insan ölə bilər – Ağ Ev

01.04.2020 - 10:51

ABŞ-da yeni koronavirusun səbəb olduğu pandemiyaya görə 100-200 minə qədər insan ölə bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, belə proqnozla Ağ Evin koronavirusun yayılmasına qarşı mübarizə üzrə koordinatoru Debora Birks çıxış edib.

“Biz hardasa 100-200 min arası ölüm gözləyirik”, – deyə o, Ağ Evdə jurnalistlər qarşısında çıxış edərkən deyib. Birks əlavə edib ki, proqnozlarında Nyu-York ştatının hakimiyyətindən alınmış bir çox məlumatlara əsaslanır.

Çərşənbə axşamı Nyu-Yorkun qubernatoru Endrü Kuomo bildirib ki, ştatda koronavirusa yoluxanların sayı 75,7 min nəfərə çatıb, 1 550 insan pandemiyadan ölüb.

Qeyd edək ki, ABŞ-da koronavirusdan bir gün ərzində 700-dən çox insan ölüb. Bununla da ölkədə COVD-19 infeksiyasından ölənlərin sayı 3 774 nəfərə çatıb.

Xatırladaq ki, dünyada koronavirusdan ölənlərin sayı 36 405, yoluxanların sayı 750 890 nəfərdir.

Koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=144683

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31