Türkiyə Ordusu Suriyada daha 24 terrorçunu məhv etdi
Türkiyə hərbçilərinin Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatı apardıqları bölgədə terrorçulardan ibarət qrup zərərsizləşdirilib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bölgəyə daxil olmaq istəyən PKK/YPG-nin 24 terrorçusu uğurlu əməliyyatla məhv edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=144829