Həbsxanada qiyam… – Qoşun yeridilib, hər tərəf cəsəddir… + VİDEO

11.04.2020 - 15:46

Dünən axşam Rusiyanın İrkutsk vilayətindəki 15 saylı həbsxanada məhkumlar qiyam edib. Musavat.com xəbər verir ki, həbsxanada yanğın edən məhkumların ram edilməsi üçün xüsusi əməliyyat başladılıb.

Məhkumlar isə videomüraciət yayaraq qiyama ağır həbsxana şəraitinin olması ilə izah ediblər.

Bundan sonra  Federal Penitensiar Xidmətin əməkdaşları ilə məhkumlar arasında mübahisə siqaret üstündə başlayıb. Mühafizəçilər onları cəza kamerasına salmaq istəyəndə münaqişə əlbəyaxa davaya çevrilib.

Münaqişənin təhrikçisi hesab olunan məhkum onun üzərində axtarış aparılmasına etiraz edərək dustaqları itaətsizliyə çağırıb. Nəticədə qonşu kameralardakı məhkumlar kameralarının şüşələrini sındırmağa başlayıblar və şüşə parçaları ilə qollarını kəsiblər. Bu yayılan videoda da aydın görünür. Federal Penitensiar Xidmət hadisələrin nəzarət altında olduğunda olduğunu bildirib.

Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 321-ci (“Cəmiyyətdən təcrid olunmasını təmin edən qurumların fəaliyyətinin pozulması”) maddəsi ilə cinayət işi açılıb.

***

Ən son məlumatlara görə, cəzaçəkmə müəssəsinə xüsusi qoşun yeridilib. Atəş səsləri eşidilir. Həbsxana ətrafında ciddi təhlükəsizlik tədbirləri görülür, çünki qiyam xəbəri alan məhkum yaxınları oraya axın edirlər. Rosqvardiya bütün yolları kəsib.

“Koloniya hələ də atəşə məruz qalır, deyə müəssisənin yerləşdiyi Anqarsk şəhər meri Sergey Petrov bildirib.

Təhlükəsizlik qüvvələri orada əməliyyat keçirir. Şəhərə hər hansı təhlükəyə yoxdur. Orada yanğın baş verib, ərazi hüquq-mühafizə orqanları tərəfindən tamamilə bağlanıb “, – deyə o, İnterfaks agentliyinə bildirib.

Məhkumlardan birinin anası “Dojd”telekanalına müsahibəsində deyib ki, oğlu ona az əvvəl zəng edib: “O yalvarırdı ki, bizi öldürülməkdən xilas edin”.

Digər bir məhkumun yaxını isə deyib ki, içəridə iki nəfər öldürülüb və meyitləri hələ ki ortada qalıb. O cümlədən, həbsxanadakı yanğın davam edir.

Qeyd edək ki, 15 saylı Anqarsk həbsxanası 1952-ci ildə yaradılıb. Məhkumlar burada metal emal məhsulları ilə yanaşı, mebel və məişət əşyaları istehsal edirlər.

***

Ən son məlumatlara görə, İrkutsk Regional İstintaq Komitəsinin və prokurorluğun əməkdaşları məhbusların qiyam qaldırdlıqları həbsxanaya gəliblər. Federal Penitensiar Xidmətin bildirdiyinə görə, cəzaçəkmə müəssisədəki vəziyyəti nəzarətə götürmək mümkün olub. “Əvvəllər mənfi xarakterizə olunan məhkumlar koloniyanın sənaye zonasındakı bir neçə obyektə od vuraraq qurumun işini pozmağa çalışıblar. Hazırda dəymiş zərər qiymətləndirilir” deyə, rəsmi məlumatda bildirilir.

Təsdiqlənməmiş məlumatlarda isə deyilir ki, iğtişaşlar nəticəsində bir neçə nəfər ölüb – çox sayda məhkum yaralanıb. Hələlik bu məlumat rəsmi təsdiqlənmir, yalnız bir məhkumun özünü öldürdüyü deyilir.

Qiyam zamanı həbsxanada olan məhkumlardan “Cəzaçəkən Rusiya” təşkilatından olan hüquq müdafiəçisi Olqa Romanova ilə zəng edə bilib.

Hüquq müdafiəçisi öz “Facebook” səhifəsində yazıb: “Məhbus Andrey promzonada olduğunu və ətrafındakı hər yerin yandığını dedi. Cəsədlərin və yaralıların bir yerdə görmək olduğunu söylədi”

Short URL: http://www.cumhuriyyet.net/?p=145101

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31